Bakıda evin dam örtüyü yandı

Bakıda evin dam örtüyü yandı Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Hadisə
18 Aprel , 2021 19:13
Bakıda evin dam örtüyü yandı

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 315 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi