Bakı. 23 yanvar. REPORT.AZ/ Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsindəki evlərdən birini yandırmaqda şübhəli bilinən qrupun üzvü, Bakı şəhər sakini Kamran Vəliyev də saxlanılıb.
Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
*** 11:14
Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Maştağa qəsəbəsindəki evlərin birini qəsdən yandıran 4 nəfər saxlanılıb.
Polis əməkdaşları dərhal müvafiq araşdırmalar aparıb və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar.
Şəxsi axtarış zamanı H.Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq və əməliyyat tədbirləri aparılır.