İmişlidə evə basqın edilib, ana və qızı bıçaqla hədələnib

İmişlidə evə basqın edilib, ana və qızı bıçaqla hədələnib Bakıda quldurluq hadisəsi olub.
Hadisə
18 Dekabr , 2021 11:44
İmişlidə evə basqın edilib, ana və qızı bıçaqla hədələnib

İmişlidə quldurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinə dekabrın 17-də saat 05 radələrində şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girən qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi