Bakıda evə basqın edərək 1 nəfəri öldürən, 2 nəfərə xəsarət yetirən şəxsə hökm oxunub

Bakıda evə basqın edərək 1 nəfəri öldürən, 2 nəfərə xəsarət yetirən şəxsə hökm oxunub Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
16 Yanvar , 2018 12:20
Bakıda evə basqın edərək 1 nəfəri öldürən, 2 nəfərə xəsarət yetirən şəxsə hökm oxunub

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirlən prosesdə S.Məmmədova hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 23-də gecə saatlarında Bakının Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu S.Məmmədov 3 nəfərlə birlikdə həmin evə gəlib. S.Məmmədov və M.Əliyeva arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər. S.Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra M.Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. M.Əliyeva xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü S.Məmmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi