Bakıda evə basqın edən maskalı şəxslər ev sahibinin və ailə üzvlərinin əl-ayağını yapşqanlı lentlə bağlayıblar

Bakıda evə basqın edən maskalı şəxslər ev sahibinin və ailə üzvlərinin əl-ayağını yapşqanlı lentlə bağlayıblar Maskalı şəxslər evdən pul, qızıl-zinət əşyaları və iki ədəd mobil telefon aparıblar
Hadisə
31 Oktyabr , 2016 15:51
Bakıda evə basqın edən maskalı şəxslər ev sahibinin və ailə üzvlərinin əl-ayağını yapşqanlı lentlə bağlayıblar

Bakı. 31 oktyabr. REPORT.AZ/ Qaradağ rayonunda maskalı şəxslər evə basqın ediblər.

"Report"un xəbərinə görə, hadisə Lökbatan qəsəbəsi ev 1 ünvanında baş verib. 

Belə ki, hasardan aşan 3 nəfər maskalı şəxs evə daxil olub. Onlar 1976-cı il təvəəlüdlü Bəxtiyar Salmanovun, atası 1947-ci il təvəllüdlü Həsənxan Salmanovun və anası Səməndəri Salmanovanın əl-ayaqlarını və ağızlarını yapışqanlı lentlə bağlayıblar. Naməlum şəxslər daha sonra onlara bıçaqla xəsarət yetirərək yataq otağından 2 min 400 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları və iki ədəd mobil telefonu götürərək hadisə yerindən qaçıblar. 

Basqına məruz qalan şəxslər xəstəxanya yerləşdiriliblər. 

Hüquq-mühafizə orqanları faktla bağlı əməliyyat-axtarış işlərini davam etdirir. 

Son xəbərlər

Orphus sistemi