Cəlilabadda qəza: ölən və yaralanan var

Cəlilabadda qəza: ölən və yaralanan var Martın 13-də Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Astara rayon sakini F.Əzimov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb
Hadisə
15 Mart , 2021 12:53
Cəlilabadda qəza: ölən və yaralanan var

Martın 13-də Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Astara rayon sakini F.Əzimov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, avtomobildəki sərnişinlərdən biri – N.Süleymanov hadisə yerində ölüb, digər iki sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi