Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
26 dekabr 2016 14:47
Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda fərdi yaşayış evindən qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsində nömrəsiz evdə qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər 1986-ci il təvəllüdlü Vüsal Quliyeva məxsus fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaqla içəri daxil olub. Mənzildən 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi