Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
17 Mart , 2017 12:49
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, rayonda yerləşən evlərdən birindən 4 400 manat pul və 5 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Osman Osmanlı saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi