Bakıda evdən pul və qızıl üzüklər oğurlayan qadın saxlanılıb

Bakıda evdən pul və qızıl üzüklər oğurlayan qadın saxlanılıb Bakıda 37 yaşlı qadın evdən pul və qızıl üzüklər oğurlayıb.
Hadisə
7 Noyabr , 2019 11:41
Bakıda evdən pul və qızıl üzüklər oğurlayan qadın saxlanılıb

Bakıda 37 yaşlı qadın evdən pul və qızıl üzüklər oğurlayıb.

“Report”un xəbərinə görə, hadisə sentyabrın 16-da Suraxanı rayonu, Hovsan qəsəbəsi, Çöllük küçəsində baş verib.

Belə ki, həmin ərazidə yaşayan T.Cəlilzadəyə məxsus evdən günorta saatlarında 500 manat pul və 400 manat dəyərində 2 ədəd qızıl üzük oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlər nəticəsində hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Y.Bünyatova saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, 37 yaxşlı qadın daha əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi