Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub

Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub Onlar evdən 12 000 manat və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlayıblar
Hadisə
18 Avqust , 2017 11:27
Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 16-da rayon ərazisindəki mənzillərin birindən 12 000 manat və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri – Bakı şəhər sakinləri Baba Sadıqov, Afiyə Sadıqova və Elnur Qarayev tutulublar.

Son xəbərlər

Orphus sistemi