Bakıda evdən oğurluq edən şəxslər tutuldu

Bakıda evdən oğurluq edən şəxslər tutuldu Bakıda evdə oğurluq hadisəsi baş verib.
Hadisə
25 Avqust , 2020 11:57
Bakıda evdən oğurluq edən şəxslər tutuldu

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-dən 24-dək olan müddətdə Binə qəsəbəsindəki evlərin birindən 2 000 manat dəyərində televizor və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.AğayevC.Kulukayev saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi