Bakıda evdən oğurluq edən şəxs tutulub

Bakıda evdən oğurluq edən şəxs tutulub Şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb
Hadisə
29 Avqust , 2017 12:40
Bakıda evdən oğurluq edən şəxs tutulub

Bakı. 29 avqust. REPORT.AZ/ Bakıda evlərdən birindən 3038 manat, 800 ABŞ dolları və 30 avro pul oğurlanıb.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il mayın 19-da rayon ərazisindəki evlərdən birindən 3038 manat, 800 ABŞ dolları və 30 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov tutulub.

Son xəbərlər

Orphus sistemi