Bakıda evdən oğurluq edən şəxs tutuldu

Bakıda evdən oğurluq edən şəxs tutuldu Bakıda evdən oğurluq edilib.
Hadisə
8 İyul , 2020 09:52
Bakıda evdən oğurluq edən şəxs tutuldu

Bakıda evdən oğurluq edilib.

“Report”un xəbərinə görə, hadisə martın 21-26 tarixləridə paytaxtın Səbail rayonunun A.İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs H.Şahverdiyevin evindən qapının qıfılını sındırmaqla 780 manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.

Daha sonra ev sahibi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Başlanılan cinayət işi üzrə Səbail Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cü il təvəllüdlü Rasim Hüseynbəyov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi