Bakıda evdən oğurluq edən şəxs kameraya düşüb

Bakıda evdən oğurluq edən şəxs kameraya düşüb Bakıda evdə oğurluq hadisəsi baş verib.
Hadisə
17 Sentyabr , 2020 16:57
Bakıda evdən oğurluq edən şəxs kameraya düşüb

Bakıda evdə oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Yeni məhəllə ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 30-35 yaşlarında kişi evin həyətinə daxil olaraq oradan samovar oğurlayıb.

Oğurluq əməli müşahidə kamerasına da düşüb. Həmin şəxs oğurluq əməlindən sonra əlində samovar küçəyə çıxıb. O, ətrafa göz gəzdirdikdən sonra isə hərəkət edərək ərazidən uzaqlaşıb.

Hadisə barədə polis əməkdaşlarına müraciət edilib, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi