Bakıda evdən oğurluq edən qadınlar saxlanılıb

Bakıda evdən oğurluq edən qadınlar saxlanılıb Bakıda evdən oğurluq edən qadınlar saxlanılıb.
Hadisə
20 oktyabr 2022 06:02
Bakıda evdən oğurluq edən qadınlar saxlanılıb

Bakıda evdən oğurluq edən qadınlar saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3000 manat və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi