Bakıda evdən külli miqdarda narkotik maddə götürülüb

Bakıda evdən külli miqdarda narkotik maddə götürülüb Bakıda narkotik vasitə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
15 Aprel , 2019 12:36
Bakıda evdən külli miqdarda narkotik maddə götürülüb
0 : 00
0 : 00

Bakıda narkotik vasitə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədzadə saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı mənzildən isə əlavə olaraq 540 qram heroin və 228 qram metamfetamin aşkar edilərək götürülüb. Onunla birgə olan Salyan rayon sakini V.Kazımov da polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan da heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi