Bakıda evdən içərisində 23 min dollar olan seyf və ov tüfəngi oğurlanıb

Bakıda evdən içərisində 23 min dollar olan seyf və ov tüfəngi oğurlanıb Faktla bağlı araşdırmalar aparılır
Hadisə
8 Aprel , 2017 17:03
Bakıda evdən içərisində 23 min dollar olan seyf və ov tüfəngi oğurlanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Sabunçu rayonunda evdən içərisində 23 min 500 dollar olan dəmir seyf və ov tüfəngi oğurlanıb. 

"Report"un məlumatına görə, hadisə rayonun Balaxanı qəsəbəsində baş verib. 

Belə ki, naməlum şəxs və ya şəxslər H.Əliyev küçəsindəki evlərdən birində yaşayan 1985-ci il təvəllüdlü T.Yusifovun mənzilindən oğurluq ediblər. Pəncərəni açmaqla mənzilə daxil olan şəxslər oradan 1 ədəd “Darya” markalı ov tüfəngi və icərisində 23 500 ABŞ dolları pul olan dəmir seyf oğurlayıblar. 

Faktla bağlı araşdırmalar aparılır

Son xəbərlər

Orphus sistemi