Bakıda evdən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
14 Mart , 2017 14:32
Bakıda evdən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 14 mart. REPORT.AZ/ Bakıda evdən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi ev 15 ünvanında 1957-ci il təvəllüdlü Nazim Manafova məxsus evdən pəncərinin dəmir barmaqlıqlarını sındımaqla naməlum şəxs və ya şəxslər 8 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi