Bakı. 4 iyul. REPORT.AZ/ Bakıda evdən 70 min dollar və külli miqdarda qızıl oğurlayan Gürcüstan vətəndaşı tutulub. Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Cahangir Əliyevin evindən 70 000 ABŞ dolları, 30 000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.
Faktla bağlı araşdırma aparılır.