Bakıda evdən 7 min manat oğurlayan şəxslər tutulub

Bakıda evdən 7 min manat oğurlayan şəxslər tutulub Onların törətdikləri digər cinayət əməlləri də müəyyən edilib
Hadisə
8 Mart , 2018 12:25
Bakıda evdən 7 min manat oğurlayan şəxslər tutulub

Bakı. 8 mart. REPORT.AZ/ Bakıda oğurluq və narkotik vasitəyə görə 4 nəfər tutulub.

"Report" əbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, saxlanılan Novruz Salayevin, Nurlan Ağayevin, Sərhad Əmirovun və Mirasəf Kərimlinin törətdikləri digər cinayət əməlləri də müəyyən edilib.

Belə ki, həmin şəxslərin ətraflarında Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların ötən ilin noyabr ayından cari ilin fevral ayınadək daha 2 mağazadan pul, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları, habelə 1 evdən 7000 manat pul oğurlamaları da müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi