Bakıda evdən 6 min manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda evdən 6 min manatlıq oğurluq edən şəxs tutuldu Bakıda evdə oğurluq hadisəsi qeydə alınıb.
Hadisə
3 Fevral , 2021 11:48
Bakıda evdən 6 min manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda evdə oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 31-də rayon ərazisindəki evlərin birindən 5 920 manat dəyərində müsiqi alətləri, televizor, saat, ayaqqabılar, çanta və suvenirlər oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş K.Orucov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi