Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda fərdi yaşayış evindən 6 500 manat pul və müşahidə kameraları oğurlanıb.
"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Xatirə Əsgərovaya məxsus E.Əzizov küçəsi ev 11Q ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər açarseçmə yolu ilə evdən 6 500 manat pul və müşahidə kameralarını və yaddaş diskini oğurlayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.