Bakıda evdən 50 min manatlıq qızıl oğurlayan şəxslər tutulub

Bakıda evdən 50 min manatlıq qızıl oğurlayan şəxslər tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
1 Sentyabr , 2016 14:40
Bakıda evdən 50 min manatlıq qızıl oğurlayan şəxslər tutulub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakıda evdən oğurluq olub.

“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinənlər paytaxt sakinləri Fərid Əhmədov və Nigar Ağayeva tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi