Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda fərdi yaşayış evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivində yaşayan 1975-ci il təvəllüdlü İsmayılova Kəmaləyə məxsus evdən oğurluq edilib. Naməlum şəxslər evin qapısını sındırmaq yolu ilə içəri daxil olublar və oradan 5 000 manat dəyərində olan qızıl-zinət əşyalarını aparıblar.
Faktla bağlı araşdırma aparılır.