Bakıda evdən 3 min manatlıq oğurluq edildi

Bakıda evdən 3 min manatlıq oğurluq edildi Bakıda evdən oğurluq edən şəxslər tutulub.
Hadisə
3 Fevral , 2021 11:53
Bakıda evdən 3 min manatlıq oğurluq edildi

Bakıda evdən oğurluq edən şəxslər tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 31-də rayon ərazisindəki evlərin birindən 2 950 manat dəyərində noutbuk, kompüter və 2 ədəd gödəkçə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvəllər məhkum olunmuş M.Mirabdullayev və Şirvan şəhər sakini F.Ağayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi