Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 15-də Yasamal rayonu ərazisindəki evlərin birindən 180 manat pul, 3 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Yoldaşov saxlanılıb.