Bakıda evdən 3 400 manatlıq oğurluq edən tutuldu

Bakıda evdən 3 400 manatlıq oğurluq edən tutuldu Bakıda mənzildə oğurluq hadisəsi baş verib.
Hadisə
4 May , 2020 12:21
Bakıda evdən 3 400 manatlıq oğurluq edən tutuldu

Bakıda mənzildə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki mənzillərin birindən 200 manat pul, 500 manat dəyərində noutbuk və 2 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Məsimov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi