Bakıda evdən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda evdən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Hadisə
14 Dekabr , 2018 12:26
Bakıda evdən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda evdən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Binəqədi rayon Polis idarəsinin (RPİ) 5-ci polis bölməsi və Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Kənan İsayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi