Bakıda evdən 1800 manat pul oğurlanıb

Bakıda evdən 1800 manat pul oğurlanıb Bakı. 13 avqust. REPORT.AZ/ Bakıda evlərin birindən 1800 manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Hadisə
13 Avqust , 2018 11:27
Bakıda evdən 1800 manat pul oğurlanıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bakıda evlərin birindən 1800 manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. 

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər cinayət məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunan Emin Cabbarov saxlanılıb.

Aparılan tədbirlərlə onun həmin gün daha bir evdən qızıl əşyalar oğurlaması müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi