Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda fərdi yaşayış evindən 14 200 manat dəyərində qızıl-zinət və 600 manat pul oğurlanıb.
"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib.
Belə ki, Badamdar qəsəbəsi 3-cü massiv yeni tikili fərdi yaşayış evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər 1981-ci il təvəllüdlü Ələkbərov Mərahimə məxsus fərdi yaşayış evinə açar seçmə yolu ilə daxil olaraq oradan 600 manat pul və 14 200 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Hadisə ev sahibi evdə olmadığı vaxtda baş verib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.