Bakıda evdən 12 min manat oğurlanıb

Bakıda evdən 12 min manat oğurlanıb Hadisəni törədən Elvin İsrafilov tutulub
Hadisə
17 Avqust , 2017 13:19
Bakıda evdən 12 min manat oğurlanıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda evdən külli miqdarda pul oğurlayan şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisindəki evlərdən birindən 12.000 manatı və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən Elvin İsrafilov tutulub.

Son xəbərlər

Orphus sistemi