Bakıda evdən 11 880 manatlıq oğurluq edilib

Bakıda evdən 11 880 manatlıq oğurluq edilib Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
15 Mart , 2017 18:02
Bakıda evdən 11 880 manatlıq oğurluq edilib

Bakı. 15 mart. REPORT.AZ/ Bakıda evdən ümumilikdə 11 880 manatlıq oğurluq edilib.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, İ.Əhmədzadə küçəsi ev 11 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Ədalət İsmayılovun evindən açar seçmə yolu ilə 450 avro, 1 510 İngilis Funsterlinqi və 2130 ABŞ dolları oğurlanıb. Bundan əlavə evdən 4200 manat dəyərində olan qızıl-zinət əşyaları aparılıb. 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi