Bakıda evdən 10 min manatlıq qızıl və 3 263 manat pul oğurlanıb

Bakıda evdən 10 min manatlıq qızıl və 3 263 manat pul oğurlanıb Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
16 Mart , 2017 16:37
Bakıda evdən 10 min manatlıq qızıl və 3 263 manat pul oğurlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda evdən 10 min manatlıq qızıl və 3 263 manat pul oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Lökbatan qəsəbəsi 6-ci massiv ev 74-də yaşayan 1976-ci il təvəllüdlü Şərfalı Kəlbəliyevin evindən pəncərəni açmaqla 3 263 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi