Bakıda evdən 10 min manat oğurlayan qardaşların cinayət işi məhkəməyə göndərilib

Bakıda evdən 10 min manat oğurlayan qardaşların cinayət işi məhkəməyə göndərilib Bakı. 7 mart. REPORT.AZ/ Bakıda oğurluq etməkdə təqsirləndirilən qardaşların - Emil və Elnur Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
7 Mart , 2019 12:04
Bakıda evdən 10 min manat oğurlayan qardaşların cinayət işi məhkəməyə göndərilib

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda oğurluq etməkdə təqsirləndirilən qardaşların - Emil Elnur Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 21-də Nizami rayonu ərazisindəki evlərin birindən 10.500 manat oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuşlar - Emil Məlikov və qardaşı Elnur saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi