Bakıda evdə partlayış olub, 4 nəfər xəsarət alıb

Bakıda evdə partlayış olub, 4 nəfər xəsarət alıb Qonşu evlər yanğından mühafizə olunub
Hadisə
21 Yanvar , 2017 14:50
Bakıda evdə partlayış olub, 4 nəfər xəsarət alıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

“Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi