Bakıda evdə narkotik tərkibli bitki əkən şəxs saxlanılıb

Bakıda evdə narkotik tərkibli bitki əkən şəxs saxlanılıb Bakı. 1 may. REPORT.AZ/ Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Hadisə
1 May , 2018 15:05
Bakıda evdə narkotik tərkibli bitki əkən şəxs saxlanılıb

Bakı. 1 may. REPORT.AZ/ Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Xəzər rayon sakini Breus Vadim Vladimiroviç saxlanılıb.

Onun Binə qəsəbəsində yerləşən mənzilinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman xüsusi qulluq edilərək yetişdirilən 54 ədəd ümumi çəkisi 5 kiloqram 168 qram olan çətənə bitkisi, 177,295 qram qurudulmuş və 150 qram qurudulmamış marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. V.Breus ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, onlara xüsusi qulluq edərək yetişdirdiyini ertiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi