Bakıda 3 evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB-2

Bakıda 3 evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB-2 Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında bir dam altında tikilən, hər birinin ümumi sahəsi 60 m² olan birmərtəbəli iki fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və bitişik, ümumi sahəsi 110 m² olan birmərtəbəli mansarda tipli evin dam örtüyü 6 m² sahədə yanıb.
Hadisə
1 Mart , 2020 18:17
Bakıda 3 evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB-2

Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında bir dam altında tikilən, hər birinin ümumi sahəsi 60 m² olan birmərtəbəli iki fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və bitişik, ümumi sahəsi 110 m² olan birmərtəbəli mansarda tipli evin dam örtüyü 6 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, hər üç evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***15:19

Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

Əlavə məlumat veriləcək.


***14:50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

"Report"un FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi