Bakıda evdə 85 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdə 85 yaşlı kişinin meyiti tapıldı Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə
9 mart 2020 10:21
Bakıda evdə 85 yaşlı kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

FHN-dən "Report"a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Gəncəliyev Qəyyub Namaz oğlunun meyitini aidiyyəti üzrə təhvil verib.

Son xəbərlər

Orphus sistemi