Bakıda evakuator maşını minik avtomobili ilə toqquşub, ölən var

Bakıda evakuator maşını minik avtomobili ilə toqquşub, ölən var Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
20 May , 2021 04:51
Bakıda evakuator maşını minik avtomobili ilə toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Mərdəkan şosesində 99-JR-282 dövlət nömrə nişanlı "İsuzu" markalı evakuator maşını ilə 99-RN-941 dövlət nömrə nişanlı "Renault" markalı avtomobil toqquşub. Qəza nəticəsində orta yaşlı kişi (şəxsiyyəti araşdırılır - red) hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi