Yuxarı
    Bağlamaq

    ​Bakıda ev yanıb, iki nəfər xəsarət alıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 16 mart. REPORT.AZ/ Bakıda mənzildə yanğın olub, hadisə nəticəsində iki nəfər yanıq xəsarəti alıb.

    "Report"un məlumatına görə, hadisə paytaxtın Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, bina 47 ünvanında baş verib.

    Yanğın doqquzmərtəbəli binada qeydə alınıb.

    Yanğın nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

    Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. 

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi