Bakıda ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
12 İyun , 2016 20:38
Bakıda ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib

Bakı. 12 iyun. REPORT.AZ/ Paytaxtda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə  Suraxanı rayonunda baş verib. 

Rayonda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 10 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi