Yuxarı
    Bağlamaq

    Bakıda ev sahibini qətlə yetirən ustaya hökm oxunub

    Hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

    Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Eldar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə E.Babayev 19 il müddətində azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Babayevin 19 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, bu il yanvarın 21-də Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib. E. Babayevin hadisəni törədərkən sərxoş vəziyyətdə olduğu bilinib.

    O, könüllü olaraq, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək, istintaqa təslim olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi