Yuxarı
    Bağlamaq

    Bakıda ev sahibi qonağı döyərək başında külqabı sındırıb

    Davaya yeyib-içmək məclisinə görə qonaqdan pul istənilməsi səbəb olub

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunun Xəstəxanayanı küçəsində döyülmə hadisəsi baş verib.

    "Report" xəbər verir ki, 28 yaşlı Salyan rayon sakini Əhmədov İsmayıl Ələsgər oğlu qeyd edilən ünvanda yaşayan dostu tərəfindən yeyib-içmək məclisinə dəvət edilib.

    Məclisin sonunda ev sahibi İ.Əhmədovdan qonaqlığa görə pul istəyib və bu, tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə ev sahibi qonağı döyərək onun baş nahiyəsində külqabı ilə xəsarət yetirib.

    Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi