Yuxarı

Bakıda ərlə arvadı motosiklet vurdu

​Bakıda ərlə arvadı motosiklet vurdu

1094

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə “Nargilə” kafesinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1951-ci il təvəllüdlü Rüstəmov Əhəd Kərəm oğlu və həyat yoldaşı 1964-cü il təvəllüdlü Rüstəmova Tamara Səhliyalı qızı yolu keçərkən onları motosiklet vurub.

Hadisə nəticəsində piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Ə. Rüstəmova sağ təpə nahiyəsinin dərialtı qansızması, T. Rüstəmovaya isə ənsə nahiyəsinin əziyi diaqnozları qoyulub. Onlar aidiyyəti üzrə həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi