Bakıda ərini öldürən qadının apellyasiya şikayəti təmin edilməyib

Bakıda ərini öldürən qadının apellyasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
8 May , 2019 10:24
Bakıda ərini öldürən qadının apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apellyasiya Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Vəliyevanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan T.Vəliyeva həyat yoldaşı Nazim Vəliyevlə ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Vəliyeva 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apelyasiya şikayəti verib.

Xatırladaq ki, ər və arvadın birgə nikahından iki övladı var.

Son xəbərlər

Orphus sistemi