Bakıda ərini bıçaqlayan qadın məhkəmə zalından azadlığa buraxılıb

Bakıda ərini bıçaqlayan qadın məhkəmə zalından azadlığa buraxılıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
17 Aprel , 2019 13:00
Bakıda ərini bıçaqlayan qadın məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G.Şərifova ifadə verib.

O söyləyib ki, qeyri-rəsmi nikah münasibətində yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla əvvəl də mübahisə edib: "Elçin işdən evə əsəbi gəlmişdi. Mənimlə mübahisə elədi, sonra əsəbləşib, bıçaqla onu vurdum. Çox peşmanam".

Zərərçəkmiş E.Zeynalov heç bir şikayətçi olmadığını, onu bağışladığını deyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxışında G.Şərifovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrasının təxirə salınmasını istəyib.

Məhkəmənin hökmü ilə G.Şərifovaya şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, hadisə 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində baş verib. Həmin gün G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İstintaq dövründə G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi