Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb

Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Yanvar , 2016 11:27
Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda ahıl yaşlı ər və arvadı dəm qazından zəhərlənərək ölüb. “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 76 yaşlı Ağamusa Məmmədov və həyat yoldaşı 68 yaşlı Sevil Məmmədova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi