Bakıda ər arvadını döyərək öldürüb

Bakıda ər arvadını döyərək öldürüb Faktla bağlı Xətai Rayon Prokuroluğunda cinayət işi başlanılıb
Hadisə
24 Oktyabr , 2016 11:06
Bakıda ər arvadını döyərək öldürüb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakıda ər arvadını döyərək ona ağır xəsarətlər yetirib.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonu Yusif Səfərov küçəsi ev 15/5 ünvanında qeydə alınıb.

Belə ki,1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.

Məlum olub ki, D.Hüseynovanı əri 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi