Bakıda ər arvadını bıçaqlayıb

Bakıda ər arvadını bıçaqlayıb Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
24 Aprel , 2017 08:57
Bakıda ər arvadını bıçaqlayıb

Bakı. 24 aprel. REPORT.AZ/ Bakıda ər arvadını bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsində yerləşən yaşayış evlərinin birində yaşayan İmaməliyeva Dilarə Əbdülrəhman qızı əri (hələlik adı açıqlanmır) tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. 

D.İmaməliyeva polisə ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Aparılan araşdırma nəticəsindən məlum olub ki, o, əri tərəfindən bıçaqlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi