Yuxarı
    Bağlamaq

    Bakıda əqli qüsurlu şəxsi avtomobil vurub, sürücü qaçıb

    Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır

    Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda əqli qüsurlu şəxsi avtomobil vuraraq qaçıb.

    "Report"un xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

    Belə ki, şosenin kənarı ilə hərəkət edən 1966-cı il təvəllüdlü Atakişiyev Namiq Feyruz oğlunu avtomobil vurub. Naməlum maşının sürücüsü piyadanın xəsarət almasını görsə də, ərazidən avtomobillə uzaqlaşıb.

    N.Atakişiyev xəstəxanaya çatdırılıb. Onun Binəqədi rayonunda tək kirayədə yaşadığı məlum olub.

    Qeyd edək ki, N.Atakişiyev əqli çatışmazlığından əziyyət çəkir.

    Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi